Oğurluğa görə, tutulan şəxsin başqa bir cinayəti üzə çıxdı.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Yasamal RPİ 26-cı və 28-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıb. 

İ.Salayevin və A.Balayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.