Rusiyanın dövlət tele-radio fondu məşhur müğənni Alla Puqaçovanın SSRİ dövründə qadağan olunmuş “Ayzberq” mahnısına çəkilmiş klipi yayımlayıb.

Unikal.org xəbər verir ki, videoklip 1984-cü ildə Soçidə çəkilib. Premyeradan sonra videoklip Leninqrad televiziyasının efirindən çıxarılıb. Belə ki, rəhbərlik müğənninin verdiyi pozaların həddindən artıq bayağı olduğunu qət edib.