Şəmkirdə bir ailənin olduğu avtomobil aşıb.
Unikal.org APA-ya istinadən məlumat verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun "Yasamal aşırımı" adlanan ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini, Rövşən Məmmədov idarə etdiyi VAZ 21099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dərəyə aşıb. Qəza zamanı sürücü və onun həyat yoldaşı Könül Məmmədova, övladları Anar və Gülnar müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Onlardan 3-ə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Kəllə beyin travması alan 2006-cı il Gülnar Məmmədovanın vəziyyəti isə ağır olduğu üçün o, reanimasıya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.