Xaçmazda minik avtomobili su kanalına düşüb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. “Lexsus” markalı, 90 XL 783 dövlət nömrə nişanlı maşın “Xan arxı” adlanan kanala düşüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.