Portuqaliyada turistləri daşıyan avtobus aşıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 28 nəfər ölüb.

Məlumata görə, avtobus sürücüsü dağ yolunda idarəetməni itirib və yol kənarında olan binaya çırpılıb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və 10-dan çox "təcili yardım" maşını gəlib.

Zərərçəkənlərin dəqiq sayı barədə məlumat yoxdur.