Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.

Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.