Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Unikal.org-un məlumatına görə, Bakı şəhər sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib.

Daxil olan şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.