Aprelin 18 aprel -də gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbulda 19 nəfər vətəndaş iştirak edib.

GİN-dən Unikal.org-a verilən məlumata görə, Müraciətlər gənclər və idman sahələri, “Gənclər evi”nin fəaliyyəti, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi ilə bağlı olub.

Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı da müraciət ediblər.