İngiltərənin “Liverpul” klubu 2019/20 mövsümündə ev oyunlarında geyinəcəyi formaları təqdim edib.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Mersisayd təmsilçisində hazırda 13 nömrəli forma altında çıxış edən qapıçı Alisson Bekker, yeni mövsümdən etibarən 1 nömrəli formayla meydana çıxacaq.