ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq.

Unikal.org xəbər verir ki, bunu həftəlik brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O, tərəflərin aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəyini diqqətə çatdırıb.