26 May 2019
25 May 2019
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırıldı
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırıldı İQTİSADİYYAT 17:49 2019-04-18

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən qanunda 71.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”;

1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:

“73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.