26 May 2019
25 May 2019
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu CƏMİYYƏT 00:11 2019-04-19

Bu ilin əvvəlindən martın 31-dək Niderland Krallığından 9 azərbaycanlı deportasiya olunub.

Unikal.org xəbər verir ki, “Report”un Niderland Miqrantlar və Vətəndaşlıq Departamentindən əldə etdiyi məlumata görə, onlardan 5-i Rusiya, 1-i Türkiyə, qalanları isə Azərbaycan vətəndaşlarıdır. 

Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Deportasiyaya səbəb kimi də onların müraciəti zamanı məhz qeyri-dəqiq məlumatlardan istifadə etməsi, miqrasiya orqanlarını aldatması göstərilib.