18 Avqust 2019
17 Avqust 2019
Tabuları yıxan məşhurlar - Fotolar
Tabuları yıxan məşhurlar - Fotolar MƏDƏNİYYƏT-ŞOU 00:53 2019-04-19

Bir çox dünya ulduzu istər davranışları, istərsə də şəxsi həyatları ilə tabuları yıxmağı bacarıb.

Unikal.org xarici mətbuata istinadən standart düşüncələri alt-üst edən məşhurları təqdim edir.

"Sənə uyğun biri ilə evlənməlisən"

Şahzadə Herri amerikalı aktrisa Meqan Markl ilə evlənərək dünyanın diqqətini öz üzərinə çəkməyi bacarmışdı.

"Tez ana olmaq karyeranı zədələyir"

20 yaşında ana olan Kayli Cenner 21 yaşında dünyanın ən gənc milyarderi olaraq Mark Zukerberqin rekordunu qırmışdı.

"30 yaşdan sonrası ana olmaq üçün çox gecdir"

Şakira, Amal Kluney, Meril Strep, Salma Hayek, Madonna, Nikol Kidman, Jennifer Lopes, Monika Belluççi kimi məşhurlar 30 yaşdan sonra ana olublar.

"Kişi qadından daha uzun olmalıdır"

Musiqiçi Adam Levine və model Behati Prinslu bu düşüncəni yerlə bir edənlərdəndir.

"Kişi yaşca qadından böyük olmalıdır" 

Kris Hemsvort 35, xanımı isə 42 yaşındadır. Cütlüyün xoşbəxt evliliyi və 3 övladı var.