23 İyul 2019
22 İyul 2019
Bu gecə 4 azyaşlı valideyinlərini çöldə saxlayıb
Bu gecə 4 azyaşlı valideyinlərini çöldə saxlayıb HADİSƏ 08:41 2019-04-19

Bu gecə Bakıda 4 azyaşlı evin qapısını kilidləyərək valideyinlərini çöldə saxlayıblar.

Unikal.org xəbər verir ki, bu gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bakı şəhərinin Qaradağ rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,  bu gecə saat 2:00 radələrində çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.