Bakıda restoranda yanğın olub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən “Al Furat” restoranında qeydə alınıb. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.