Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov 2018-ci ilin iyul ayının 16-da hesabında 2164 manat olan sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və həmin məbləğin Salyan rayonu ərazisindəki bankomatların birindən çıxarıldığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.