Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb. 

Qəza nəticəsində sürcü və onun arvadı xəsarət alıb, 4 yaşlı uçağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanıb.