Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Unikal.org Ona saytına istinadən xəbər verir ki, hadisə "Palermo" gece klubunda baş verib.

Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.
28 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.