Bu gecə Bakının mərkəzi küçələrindən birində xətlənmə işləri aparılacaq.

Bu barədə Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.