Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərovtərəfindən kəsildiyi müəyyən olunub. 

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.