Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Biznes İdarəçiliyi fakultəsinin İqtisadiyyat kafedrası və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarı vasitəsi ilə maliyyələşmə və listinq” adlı seminar keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin Kapital bazarına nəzarət idarəsinin aparıcı analitiki Tural Eyvazlı,  Bakı Fond Birjasının Ticarət və üzvlük qrupunun aparıcı mütəxəssisi Mətin Yolçuyev və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndəsi Əli Hüseynlinin təqdimat- çıxışları ali təhsil müəssisəsinin müvafiq ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb.

“Kapital bazarının iştirakçıları və alətləri”, “İnvestisiya qiymətli kağızları”, “Kapital bazarlarında maliyyələşmə”, “İnvestisiya xidmətlərinin növləri və emitentləri”nə dair nəzəri və praktik mövzulu təqdimatlar geniş fikir mübadiləsi şəraitində başa çatıb. Tədbirin sonunda adıçəkilən qurum tərəfindən universitetdə seminar-təqdimatların  vaxtaşırı təşkili qərara alınıb.