Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin(UFAZ) laboratoriyalarına səfər və UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez, şirkət rəhbərləri, ali məktəb nümayəndələri və digər qonaqlar iştirak edib.

Qonaqlar əvvəlcə UFAZ-ın Kimya mühəndisliyi, Üzvi kimya və Fizika laboratoriyaları ilə tanış olublar. Sonra elmi ekspert, prof. Pyer Kole UFAZ -ın gələcək Superkompüter proqramlarının təqdimatı ilə çıxış edib.

Strasburq Universitetinin doktorantı Ülviyə Əbdülkərimova (UFAZ-ın Riyaziyyat müəllimi) tərəfindən Superkompüter hesablama gücündən istifadə haqqında tədqiqat işinin qısa təqdimatını edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.