16 Sentyabr 2019
15 Sentyabr 2019
Abdin Fərzəliyev sakinlərin problemini dinlədi - FOTO
Abdin Fərzəliyev sakinlərin problemini dinlədi -FOTO CƏMİYYƏT 18:03 2019-04-19

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. 

Unikal.org-un məlumatına görə, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyevin, Rayon İcra Hakimiyyətinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda icra başçısı Abdin Fərzəliyev sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırıb, əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. 

Sonda rayon icra hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 


  • Abdin Fərzəliyev sakinlərin problemini dinlədi -FOTO
  • Abdin Fərzəliyev sakinlərin problemini dinlədi -FOTO
  • Abdin Fərzəliyev sakinlərin problemini dinlədi -FOTO
  • Abdin Fərzəliyev sakinlərin problemini dinlədi -FOTO