Gəncədə silsilə oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 11-dən 14-dək olan müddətdə Gəncə şəhəri ərazisində 4 mağazadan pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri C.Abbasov, S.Ələkbərov və Q.Hüseynov saxlanılıblar.