21 May 2019
20 May 2019
Poroşenko ilə Zelenski arasında debat başa çatıb - YENİLƏNİB
Poroşenko ilə Zelenski arasında debat başa çatıb -YENİLƏNİB DÜNYA 22:01 2019-04-19

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başa çatıb. 

Bu barədə Unikal.orgTASS-a istinadən xəbər verir. 

P.Poroşenko yekun nitqində bildirib ki, aprelin 21-də prezident seçkilərinin nəticələrini qəbul edəcək. "Amma 22 apreldə həyat davam edəcək və 22-də biz ölkəni birlikdə qorumaq üçün birləşməliyik. Əsas onu itirməməkdir", - deyə o qeyd edib.

Poroşenko həmçinin diqqəti Krım və Donetsk hövzəsinə nəzarətin qaytarılması zəruruliyinə yönəldib. 

V.Zelenski isə öz növbəsində seçkiqabağı proqramının əsas prinsiplərini sadalayıb. Bunlar hamının qanun qarşısında bərabərliyi, hakimlərin və deputatların toxunulmazlığının götürülməsi, prezidentin impiçmenti haqqında qanunun qəbulu, büdcədən maliyyələşən işçilərin maaşlarının artımı, infrastrukturun yaxşılaşmasıdır. 

xxx

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başlayıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, debatı başlayan tərəf V.Zelenski olub.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi debatı izləmək üçün stadiona 60 minədək tərəfdarın gələcəyini ehtimal etdiklərini, asayişi təmin etmək üçünsə 10 minədək polisin cəlb olunacağını açıqlamışdı.