Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə atası, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadənin rəqs videosunu paylaşıb. 

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış bəstəkar ailə üzvləri ilə “Buta Palace”da baş tutan toy məclisindən birinə qatılıb. Əməkdar artist Abbas Bağırovun idarə etdiyi məclisdə Xalq artisti Eyyub Yaqubov və Z. Səmədzadə rəqs edib. Daha sonra onlara bəstəkar da qoşulub.