"Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbirsizliklə gözləyirəm".

Unikal.org Trend-ə istinadən xəbər verir ki,  bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.