İngiltərə xalqı xristian dünyasının ən böyük bayramlarından biri - Pasxa Bayramı keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycanda deyildiyi kimi, «Pasxa çıxsa, havalar da düzələr» ifadəsini tez-tez işlədən ingilislər bu bayramı coşqu ilə qeyd ediblər. İngilis gənclər ən yaşlı xristianlıq bayramı sayılan Pasxa Bayramı gününü qeyd etmək üçün dünəndən qeyd etməyə başlayıblar.

Blackpool, Newcastle və Birmingham kimi şəhərlərin barlarını dolduran minlər gənc bayramı  dünəndən etibarən küçələrə axışıblar. Çoxlu spirtli içkilər qəbul edən gənclər  küçələrdə maraqlı görüntülərə səbəb olub. Kimi yerlərdə uzanıb, kimi isə içkinin təsirində qusub. 

Mart ayının sonundan aprel ayının sonuna qədər qeyd olunan bu bayram, xristian dünyasının ən köhnə və ən əhəmiyyətli bayramı olaraq qəbul edilir.