Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Unikal.org-a verdilən xəbərə görə, məhkum Hüseynov Elnur Qüdrət oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış zamanı cibində gizlətdiyi bükülüdə 0,167 qram narkotik maddə - marixuana aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.