Xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı iş otağının qapısına asılmış lövhə sosial şəbəkələrdə yayılıb.

Unikal.org xəbər verir ki,  lövhədə müğənninin artıq mövcud olmayan SSRİ-nin Xalq artisti kimi təqdim edilməsi izləyicilər tərəfindən etirazla qarşılanıb.

Xatırladaq ki, Xanlarova Zeynəb Yəhya qızı 28 dekabr 1936-cı ildə doğulub. 82 yaşlı sənətkar Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq artisti (1980) fəxri adlara sahibdir.(baku.ws)