Bazarlarda təzə tənək yarpağı satışa çıxarılıb. Adətən dolma bişirilərkən istifadə olunan yarpağa tələbat da kifayət qədərdir. Satıcılar alıcı qıtlığından narazılıq etmirlər. Tənək yarpağının qiyməti növlərinə görə dəyişir.

Unikal.org Xəzərxəbər-ə istinadən məlumat verir ki, satıcılar deyirlər ki, qiyməti baha olsa da, alıcılar əsasən şanı yarpağına üstünlük verirlər. Bu da onun dadı ilə əlaqədardır. Artıq bir həftədir piştaxtaları bəzəyən yaşıl yarpaqlar bazarlara müxtəlif bölgələrdən gətirilir.

Alıcılar da tənək yarpağını yazda almağa üstünlük verdiklərini deyirlər.

Satıcılar tənək yarpağını indidən almağı məsləhət görürlər.