Bakıda “Baku Relax Hotel “də rusiyalı cütlüyün başına oyun açıblar.

Unikal.org-un məlumatına görə, bu barədə jurnalist Alyona Salayeva öz “Facebook” səhifəsində yazıb.

"Cütlük “Booking.com” portalında nömrə bron ediblər. Lakin hotelə gələndə portalına qoyulan fotoların nömrəyə aid olmadığını görüblər. 

Narazılığını bildirən turistlərə 6 gün/5 gecənin pulunu qaytarmaqdan imtina ediblər. 

“Sonradan nağd ödəniş alan hotel işçisinə zəng vurulub və o, pulu səhər qaytaracağına söz verib”, - A.Salayeva yazır.

Cütlük gecəni məcburən hoteldə qalıb və digər mehmanxanada nömrə bron edib. 

Lakin ikinci hoteldə nömrənin bron olmasına baxmayaraq onları qəbul edə bilməyəcəklərini bildirərək pullarını qaytarıblar.

Beləliklə, iki rusiyalı turist - hamilə qadın və onun yoldaşı çöldə qalıblar.

A.Salayeva bildirir ki, məsələyə Daxili İşlər Nazirliyinin əməkdaşları müdaxilə etdikdən sonra cütlüyü yaxınlıqdakı hotelə yerləşdiriblər.