23 İyul 2019
22 İyul 2019
“Xalqın düzgün seçim edəcəyinə inanıram” - Poroşenko
“Xalqın düzgün seçim edəcəyinə inanıram” -Poroşenko DÜNYA 14:30 2019-04-21

"İnanıram ki, xalq düzgün seçim edəcək və Ukraynada ədalətli, demokratik seçki qalib gələcək”

Unikal.org xəbər verir ki, bunu Ukraynada prezidentliyə namizəd, hazırki ölkə rəhbəri Pyotr Poroşenko jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkə üzrə prezident seçkilərinin ikinci turu şəffaf keçirilir. 

Daha sonra Poroşenko ailəsi ilə birlikdə Kiyevdəki Zabitlər evində səsvermə hüququndan istifadə edib. 

Hazırda Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi davam edir. Prezidentlik uğrunda Vladimir Zelenski və Pyotr Poroşenko mübarizə aparır.