19 May 2019
18 May 2019
"Qırmızı şeytanlar" darmadağın oldu
"Qırmızı şeytanlar" darmadağın oldu İDMAN 19:21 2019-04-21

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları davam edir.

Unikal.org xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Everton"un qonağı olub. Görüş "qırmızı şeytanlar"ın 0:4 hesablı məğlubiyyətilə yekunlaşıb. 

Qeyd edək ki, "Mançester Yunayted" bu məğlubiyyətdən sonra 64 xalla 6-cı pillədə qalıb. Xallarının sayını 49-a çatdıran "Everton" isə 7-ci sıraya yüksəlib. Turnir cədvəlinə 86 xalla "Mançester Siti" başçılıq edir.