Türkiyədə zəlzələ olub.

Unikal.org xəbər verir ki, Konya şəhərinin Seyidşehir səmtində qeydə alınan zəlzələ 3,7 bal gücündə olub.

Avropa Aralıq dənizi Seymoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 3,9 olduğunu qeyd edib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.