Ukrayna Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin ilk nəticəsini açıqlayıb.

Unikal.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, səslərin 1,01% faizinin hesablanmasından sonra Vladimir Zelenski 69,26%, Petro Poroşenko 28,33% səs toplayıb.

xxx

Prezidentliyə namizəd Vladimir Zelenskiy 73,2% səs toplayıb, hazırkı prezident Petr Poroşenko isə - 25,3%. 

Unikal.org UNİAN-a istinadən xəbər verir ki, bu göstəricilər “Milli Exit-poll 2019” layihəsinin mətbuat konfransında açıqlanıb. 

Digər sosioloji sorguların nəticələri də təxminən eynidi.
Qeyd edək ki, Ukrayna vaxtı ilə 20:00-da ölkə ərazisində bütün seçki məntəqələri işini tamamlayıb.

Ukrayna MSK-sı səslərin rəsmi hesablanmasına başlayıb.