19 May 2019
18 May 2019
Salyanda yol qəzası: ölən var
Salyanda yol qəzası:ölən var HADİSƏ 22:27 2019-04-21

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəfov Elsevər Nəcəfalı oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. E.Nəcəfovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.