Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb. 

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.