Lənkəran rayonu, Göyşaban kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası tapılıb.

Unikal.org Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə istinadən xəbər verir ki, tapıntı haqqında məlumat Agentliyə ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin mütəxəssisləri və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.