Ötən gecə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Unikal.org Ona-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda olub. 

Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Akbayır Mansur Düzgür oğlu qarın boşluğundan bıçaq xəsarəti alıb.
O, yıxılaraq qarnına bıçaq girdiyini bildirsə də, yaxınları onun özünü bıçaqladığını deyiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağll araşdırma aparılır.