Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirib.

Unikal.org xəbər verir ki, görüşdə millət vəkili ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət barədə məlumat verib, xüsusilə son aylarda sosial islahatlar proqramı çərçivəsində atılan addımların əhəmiyyətini şərh edib.

T.Mirkişili Sumqayıtın inkişafı, abadlaşdırılması istiqamətində görülən işlərdən danışıb, şəhərin sosial infrastrukturunun təkmilləşdirildiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, vətəndaşlarla görüşlər problemləri bilmək və həll etmək baxımından əhəmiyyətlidir.

Sumqayıt şəhər İcra Hakimiyyəti birinci müavini Teymur Səmədov ölkəmizin dinamik inkişafının əsasında əldə olunmuş sabitlik və təhlükəsizliyin dayandığını qeyd edib. T.Səmədov ölkəmizin dinamik inkişafının Sumqayıtın simasında aydın ifadə olunduğunu qeyd edib, son illərdə şəhərdə aparılan işlər barədə məlumat verib. Daha sonra təklif və şikayətlər dinlənilib, müraciətlər qeydə alınıb.