23 İyul 2019
22 İyul 2019
Bakıda azyaşlı faciəli şəkildə öldü
Bakıda azyaşlı faciəli şəkildə öldü HADİSƏ 10:33 2019-04-22

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub.

Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.