Yunanıstan Super Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, PAOK liqanın 29-cu turunda “Levadiakos”la qarşılaşıb. Sözügedən qarşılaşmada 5:0 hesablı qələbə qazanan Saloniki təmsilçisi, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

PAOK 2-ci pillədə yer alan “Olimpiakos”u 5 xal qabaqlayır. Klub tarixində 3-cü dəfə Yunanıstan Super Liqasının çempionu olan PAOK, son dəfə 1984/85 mövsümündə qalib olub.

34 il sonra çempion olan PAOK, son turda da məğlub olmazsa, Yunanıstan Super Liqasında 1964-cü ildən sonra ilk dəfə məğlub olmadan çempionluq yaşayan klub olacaq.