“Kristal Pelas”ın futbolçusu Vilfrid Zaha PSJ-nin diqqət mərkəzinə düşüb.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, PSJ-nin Zaha üçün “Kristal Pelas”a 80 milyon avro təklif etməyə hazırlaşdığı bildirilib. Hücumçu üçün yay transfer pəncərəsi dövründə rəsmi danışıqların başlayacağı gözlənilir.

Zaha bu mövsüm Premyer Liqada 30 qarşılaşmada iştirak edərək, 9 qol vurub və 8 məhsuldar ötürmə edib