Prezident Cəlilabada 2 milyon manat ayrıldı
Prezident Cəlilabada 2 milyon manat ayrıldı

Azərbaycan prezidenti Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Otuz üç min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.