Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli bina çöküb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bina qəzalı vəziyyətdə olduğundan sakinlər bir müddət əvvəl evlərindən çıxarılıb. 

Hadisə zamanı insan təlafatı qeydə alınmayıb. İki avtomobil dağıntılar altında qalıb. Yaxınlıqda yerləşən 10 binanın sakinləri də təxliyyə olunub.