19 May 2019
18 May 2019
Həbsxanaya telefon keçirmək istədi
Həbsxanaya telefon keçirmək istədi HADİSƏ 10:58 2019-04-23

Bakıda həbsxanaya telefon keçirmək istəyən şəxs saxlanılıb. 

Penitensiar Xidmətin İctimai Əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb. 

Cinayət Məcəlləsinin 126.1; 234.1 və 66.1-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səfərbəyov Həsən Rəsul oğlu ilə qısamüddətli görüşə gəlmiş qaynı Füzuli rayon sakini Məmmədov Ramin Əflatun oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibində gizlətdiyi 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.