23 İyul 2019
22 İyul 2019
“Emosional çıxışlarla, insanları qıcıqlandırmaq olmaz" - Valeh Ələsgərov
“Emosional çıxışlarla, insanları qıcıqlandırmaq olmaz"-  Valeh Ələsgərov SİYASƏT 12:34 2019-04-23

“Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin”. 

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.