"Fənərbaxça"nın və Türkiyə millisinin futbolçusu Hasan Ali Kaldırımın həyat yoldaşı Saynur Öztürkün başqa bir şəxslə görüntüləri yayılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşı "Instagram" fenomeni olan  yunan Panayiotis Karaqianisla səmimi görüntüləri üzə çıxıb. Yunan mətbuatı birlikdə Puket Adasına gedən Saynur Öztürkün ərinə xəyanət etdiyini və Panayiotis Karaqianisin sevgili olduqlarını idda edilib.

Onların birlikdə dənizə girdiyini göstərən video da yayımlanıb.

Tərəflər bu barədə açıqlama verməkdən boyun qaçır.