“Təbii qaza tətbiq edilən limit çox aşağıdır. Xüsusən həyət evlərində yaşayan əhali bu limiti qısa zamanda başa vurur və daha sonra ikiqat pul ödəməyə məcbur olur”.

Unikal.org xəbər verir ki, bunu Miulli Məclisdə deputat Fazil Mustafa deyib. O qaza tətbiq edilən 1700 kubmetrlik limitin ən azı iki dəfə artırılaraq 3 min kubmetrə qaldırılmasını təklif edib. “Limit həddi artırılmalıdır ki, yoxsul əhali ödəməkdə çətinlik çəkməsin”- F. Mustafa deyib.

Deputat Qənirə Paşayeva da bu təklifi dəstəkləyib. O vurğulayıb ki, xüsusilə rayon və kənd əhalisi bununla bağlı çox müraciət edir.